Beynəlxalq Valyuta Fondu (BVF) Argentina iqtisadiyyatını dəstəkləmək üçün dörd il ərzində 20 milyard dollarlıq proqramı təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə BVF məlumat verib.
Məlumata görə, sazişin icrasına dair ilk baxış iyun ayında aparılacaq. Bu proqram ölkənin daha sabit “valyuta məzənnəsi rejiminə” keçidinə kömək etmək və Argentinaya daha böyük makroiqtisadi sabitlik təmin etmək məqsədi daşıyır.