BVF AMB-nin rəsmi valyuta ehtiyatları üzrə proqnozunu yüksəldib | Banco.az

BVF AMB-nin rəsmi valyuta ehtiyatları üzrə proqnozunu yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF) bu ilin yekunlarına əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcminin 6,3 mlrd. ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır. Bu, cari ilin aprel proqnozundan 53,7% çoxdur.

Bu barədə BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışına deyilir.

Qeyd olunub ki, bu ilə 6,3 mlrd. dollar səviyyəsində proqnozlaşdırılan AMB-in rəsmi valyuta ehtiyatları 4,1 aylıq idxalı ödəmək üçün kifayət edəcəyi proqnozlaşdırır.

2021-ci il üçün də AMB-nin ehtiyatları üzrə proqnozunu 4,1 mlrd. dollardan (aprel proqnozu) 6,3 mlrd. dollara qaldıran Fond, gələn il bu məbləğin 4 aylıq idxalı ödəmək üçün kifayət edəcəyini deyir.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 6,258 mlrd. dollara bərabər olub. Bu, illik müqayisədə 11,2% çoxdur. Sentyabrın 30-na isə AMB-nin valyuta ehtiyatları 6,491 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 7,6% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et