BVF 2025-ci ildən əvvəl faiz endirimi olmayacağını deyib | Banco.az

BVF 2025-ci ildən əvvəl faiz endirimi olmayacağını deyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF faiz endirimləri üçün 2025-ci ilə işarə edib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva faiz dərəcələrinin aşağı salınmasının hələ tez olduğunu bildirib və bu addımlar üçün 2025-ci ili gözləməyi tövsiyə edib.

Kristalina Georgieva bu barədə Qətər İqtisadi Forumundakı çıxışı zamanı açıqlama verib. O, çıxışında pandemiya və Rusiya-Ukrayna müharibəsi zamanı mərkəzi bankların atdığı addımları qiymətləndirib.

Mərkəzi bankların koordinasiyalı şəkildə qətiyyətlə hərəkət etdiyini vurğulayan Georgieva bununla da sürətlə yüksələn başlıq inflyasiyada azalmaya müvəffəq olunduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Georgieva həmçinin qeyd edib ki, aparıcı mərkəzi bankların faiz artırma siyasətini davam etdirəcəyini düşünürlər və mümkün faiz endirimləri üçün 2025-ci ilin əvvəllərini gözləməli olacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et