BVF 2025-ci il üzrə qlobal artım proqnozunu aşağı salıb | Banco.az

BVF 2025-ci il üzrə qlobal artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci il üçün qlobal artım proqnozunu 0,1 bənd azaldaraq 3,2 faizə endirib.

Banco.az xəbər verir ki, BVF “Dünya İqtisadi Perspektivlər Hesabatı”nın oktyabr buraxılışını “Siyasət Dəyişikliyi, Artan Təhdidlər” başlığı ilə dərc edib.

Hesabatda qlobal iqtisadi artımın sabit, lakin zəif qalacağı proqnozlaşdırılır. Bildirilib ki, bu il və gələn il üçün qlobal iqtisadi artım proqnozu 3,2 faiz təşkil edir.

BVF-in hesabatında siyasət qeyri-müəyyənliyinin yüksək olduğu bir dövrdə qlobal perspektiv üçün risklərin azalma tendensiyası göstərdiyi vurğulanıb. 

Qlobal inflyasiyanın aşağı düşdüyünün də vurğulandığı hesabatda 2022-ci ilin üçüncü rübündə illik 9,4 faizlə zirvəyə çatan baza inflyasiyanın gələn ilin sonuna kimi 3,5 faizə düşəcəyi proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram