BVF 2023-cü il üzrə qlobal artım proqnozunu artırıb | Banco.az

BVF 2023-cü il üzrə qlobal artım proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF 2023-cü il üzrə qlobal iqtisadi artım proqnozunu 2,9 faiz olaraq açıqlayıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya İqtisadiyyatına Baxış” hesabatını “Aşağı artım mühitində inflyasiya pik həddə çatır” başlığı ilə yeniləyib.

Hesabatda inflyasiya ilə mübarizə üçün mərkəzi bankların faiz artırmalarının və Rusiyanın Ukraynada başlatdığı müharibənin iqtisadi aktivliyə təzyiq göstərməkdə davam etdiyi bildirilib.

Çində Kovid-19-un sürətlə yayılmasının 2022-ci ildə artımı yavaşlatdığı, lakin son normallaşmanın gözləniləndən daha sürətli bərpaya yol açdığı vurğulanıb.

Hesabatda dünya iqtisadiyyatının 2022-ci ildə 3,4 faiz artdığı proqnozlaşdırılıb, həmçinin 2023-cü ildə 2,9 faizə düşən artım tempinin isə 2024-cü ildə 3,1 faizə yüksəlməsinin gözlənildiyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, BVF 2022-ci ilin oktyabrında dərc olunan hesabatında qlobal iqtisadiyyatın 2022-ci ildə 3,2 faiz, 2023-cü ildə 2,7 faiz, 2024-cü ildə isə 3,2 faiz artacağını proqnozlaşdırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et