"Buta Airways" Kiyevdən Bakıya ilk uçuşunu yerinə yetirib | Banco.az

"Buta Airways" Kiyevdən Bakıya ilk uçuşunu yerinə yetirib

Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti - "Buta Airways" Kiyev-Bakı istiqamətində ilk reysini yerinə yetirib. 

Ukrayna mətbuatına istinadən verilən məlumata görə, təyyarə Azərbaycan paytaxtına Julyani beynəlxalq hava limanından yola düşüb.

Hələlik bu istiqamətdə uçuşlar həftədə 2 dəfə - çərşənbə axşamı və çərşənbə günləri yerinə yetiriləcək. Yaxın gələcəkdə Kiyev-Bakı avaireysi həftənin şənbə günləri, tədricən isə hər gün həyata keçiriləcək. Biletin qiyməti bir istiqamət üzrə 800 qrivna (təxminən 53 manat) təşkil edir. Uçuşlar "Embraer 190" təyyarəsi ilə həyata keçirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et