Business Insider: iPhone istifadəçilərinin sayı 2019-da 1 milyarda çatacaq | Banco.az

Business Insider: iPhone istifadəçilərinin sayı 2019-da 1 milyarda çatacaq

Əgər, iPhone 8-in buraxılışı kommersiya cəhətdən uğurlu olarsa,  Apple məhsullarının mobil istifadəçilərinin sayı 2019-cu ildə bir milyarda çatacaq, bu haqda Credit Suisse analitiklərinin proqnozuna istinad edən Business Insider məlumat verir.

Yeni iPhone 8-lərin çıxması “təminedilməmiş tələbi” qarşılayacaq və kompaniyanın 2019-cu ildə illik satışları 270 milyon qadcetə çatacaq. Beləliklə, 2019-cu ilin sonunda cihazların cəmi sayı 970 mln təşkil edə bilər.

Analitiklər qeyd edir ki, son illər ərzində, iPhone istifadəçilərinin bazası davamlı artım nümayiş etdirir. Ekspertlər əmindir ki, iPhone məhsullarının dövriyyəsi artımın stimullaşdıırlması nötqeyi nəzərindən hələ bir neçə il də uğurlu olacaq. Credit Suisse bildirir ki, 2013-cü ildən bəri iPhone istifadəçilərinin bazası iki qat artıb və indi təxminən 700 milyon insandan ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Yenə də Credit Suisse-nin hesablarına əsasən, bu il buraxılan iPhone 8-lərin sayı 229 milyon cihaz olacaq, 2018-ci ildə bu rəəqm 250 milyon olmalıdır, rəqəmlərin belə böyüməsinə dəstək isə Çin bazarının “ələ keçirilməsi” ilə əldə olunacaq.  

Banco.az, Könül Soltanova