Dünyanın ən böyük fast food restoranı şəbəkələrindən biri olan Burger Kinq rəqiblərinə, xususilə də ən böyük rəqibi olan McDonalds’la rəqabət etməkdən heç vaxt çəkinmir. Şirkət bunun son nümunələrindən birində Stephen Kinqin eyni adlı romanı əsasında çəkilmiş “It” filminin Almaniyada təqdimatı zamanı etdi. Belə ki, bildiyimiz kimi McDonald’sın loqolarında biri Ronald McDonald adlı kloundur. Burger Kinq şirkəti də filmin sonunda səsləndirilmiş musiqdən öncə heç vaxt bir klouna güvənmə şəklində bir ifadə yerləşdirir. Burger Kinq də bunu öz lehinə çevirərək filmin ardından öz loqosunu yerləşdirir. Təbii ki, bu da tamaşaçıların marağına səbəb olur.
Bu yaxınlarda isə, Buger Kinq McDonald’sa qarşı yenə bir marketinq həmləsi edib, amma bu dəfəki digərlərindən fərqlidir. Çünki bu marketinq həmləsi rəqibinə dəstək məqsədi güdür. McDonald’s Argentina 10 noyabrı “McHappy Günü” kimi qeyd edir və bu gün Big Mac satışlarından əldə edəcəyi bütün gəlirləri xərçəng xəstəliyi olan uşaqlara dəstək olması üçün bir xeyriyyə qurumuna bağışlayacaqdı.
Burger Kinq Argentina rəqibinə dəstək olmaq məqsədi ilə, “Whopper’sız Bir Gün” adlı kompaniya başladır. Belə ki, ölkədə mövcud olan 17 restoranda bir gün ərzində Whopper satın almaq istəyən müştərilərinin McDonald’s’a getmələrini təklif edir. Təbii ki, müştərilər bunu təəccüblə qarşılasada səbəbin öyrəndikdən sonra, Burger Kinqin bu hərəkətini alqışla qarşılayıblar.
Mənbə: Pazarlamasyon.com
Tərcümə: Xəzər Aslanov, banco.az