Müəllif: Tamara Mustafayeva, Banco.az
“Burger King” və “KFC” rəqabəti bir kənara qoyub birlikdə "BFF Burger" hazırlayıblar.
Banco.az xəbər verir ki, fast-food dünyasının iki nəhəng rəqibi olan “Burger King” və “KFC” qeyri-adi əməkdaşlığa imza atmağa hazırlaşırlar.
27 Noyabr - 16 Dekabr 2024-cü il tarixləri arasında Fransada məhdud müddətə təqdim ediləcək “BFF Burger” hər iki şirkət tərəfindən ləzzət sevərlər üçün hazırlanmış xüsusi məhsul kimi diqqət çəkir.
Qeyd edək ki, “BFF Burger”i xüsusi edən odur ki, burada istehlakçılara iki fərqli zülal variantı təklif edilir. Seçimlərə “KFC”nin xırtıldayan toyuq kotletləri və ya “Burger King”in alovda qızardılmış mal əti daxildir. Beləliklə, hər iki markanın pərəstişkarları öz zövqlərinə uyğun versiyanı sınaya bilərlər.
Əməkdaşlıq təkcə ət həvəskarlarını deyil, həm də vegetarianları da cəlb edir. Belə ki, həm “Burger King”, həm də “KFC” “BFF Burger”in bitki əsaslı alternativini təklif etməklə geniş müştəri auditoriyasını hədəfləyir.
Əməkdaşlıq təkcə burgerlərlə məhdudlaşmır. Kampaniyanın tanıtımında iki brendin əməkdaşları aralarındakı rəqabəti yumoristik şəkildə müzakirə edir və diqqətçəkən ssenarilərlə bir araya gəlirlər. Bundan əlavə, hər iki şirkət sosial media profil şəkillərini dəyişdirərək bu qeyri-adi tərəfdaşlığı simvollaşdırıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!