Burger King sevgililər günü ilə bağlı qeyri-adi kampaniya elan edib | Banco.az

Burger King sevgililər günü ilə bağlı qeyri-adi kampaniya elan edib

Bildiyiniz kimi, 14 Fevral sevgililər gününə artıq geri sayım başlayıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük restoran şəbəkələrindən biri olan Burger King bu münasibətlə qeyri-adi kampaniya elan edib. Belə ki, sözügedən şirkət fevralın 14-də Nyu York, Los Angeles, San Francisco və Bostonda keçmiş sevgilisinin şəkillərini yandırmaq istəyən müştərilərini gözləyir. Keçmiş sevgililərinin şəkillərini və hətta əşyalarını müvafiq bölgələrdəki mağazalara gətirən müştərilər Burger King-dən pulsuz Whopper menyusunu əldə edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Aida İsaq, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et