Müəllif - Aida İsaq, Banco.az
Fastfud şəbəkəsi “Burger King” eksperiment olaraq Rusiyada şərab satışına başlayacaq.
Banco.az xəbər verir ki, şirkət artıq spirtli içkilərin pərakəndə satışı üçün lazımi lisenziyaları alıb.
Beləliklə, “Burger King” Moskvanın Vnukovo hava limanında şərab satışını həyata keçirəcək. Şirkət nümayəndəsi satışların 2023-cü ilin birinci rübündə başlayacağını vurğulayıb. Müəssisələrə gələnlərə “şampan və ya şərab” seçimi təklif olunacaq. "Biz qonaqların tələbini və reaksiyalarını araşdırmalıyıq" deyə bildirilib.
Şirkətin içki markalarının hələki dəqiqləşdirilmədiyi qeyd olunur. Bununla belə, şirkət nümayəndələri əlavə ediblər ki, onlar menyuya güclü spirtli içki daxil etməyi planlaşdırmırlar. Hazırda “Burger King”in menyusunda yalnız Baltika pivəsi var.
Bizi sosial şəbəkələrdən izləyin!!