“Burberry” işçilərinin 18%-ni ixtisar edəcək | Banco.az

“Burberry” işçilərinin 18%-ni ixtisar edəcək

Müəllif:Mehin Qasımova, Banco.az 

Britaniyanın  dəbdəbəli geyim, aksesuar və ətir istehsalçısı “Burberry” 2027-ci ilə qədər 1700-ə qədər iş yerini ixtisar edəcək.

Banco.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, satışların davam edən azalması və şirkətin gəlirlərinin 17% azalması səbəbindən xərclərin azaldılması proqramı ilə bağlıdır.

Dərc edilən planda deyilir ki, iş yerlərinin ixtisarı büdcəyə qənaəti ildə 100 milyon funt-sterlinqə qədər artıracaq.

FT-nin qeyd etdiyi kimi, Burberry-nin problemləri şirkətin “Hermes” kimi lüks brendlərlə rəqabət aparmağa çalışdığı səhv seçilmiş marketinq strategiyası ilə başladı.