Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Duty Free” dedikdə qarşınıza münasib qiymətə ətir və digər kosmetika məhsulları, eləcə də xaricdən gətirilən məhsullar, şokolad və s. suvenirlər gəlir. Normal mağazalarda xüsusilə dəbdəbəli məhsullar daha çox vergiyə cəlb olunduğundan bu məhsulları rüsumsuz məntəqələrdən çox daha sərfəli qiymətə almaq mümkündür.
Bəs “Duty Free” necə yaranıb, üstünlükləri nədir?
Banco.az-ın araşdırmasına görə, ilk “Duty Free” 1947-ci ildə İrlandiyada yaranıb. Brendan Oreqan Şannon hava limanında bir dükan açmışdı ki, o bu gün də işləyir. Hal-hazırda bu mağaza Şimali Amerika və Avropa arasında səyahət edən sərnişinlərin xidmətindədir və inanılmaz populyarlıq qazandığı üçün digər hava limanlarında da təşkil edilib.
“Duty Free Shoppers” (DFS) mağazalar şəbəkəsi isə dünyanın qabaqcıl və rüsumsuz mağazalarının ən böyük operatorlarından biridir. Şirkət 1960-cı ildə amerikalı iş adamları “Robert Warren Miller” və “Charles Freencis Feeney” tərəfindən Honk-Konqda yaradılıb. Əvvəlcə adı “Tourist İnternational” olsa da tezliklə dəyişdirilərək “Duty Free Shoppers” (DFS)edilib.
Fəaliyyətinin ilk illərində iş adamlarını əsas hədəf auditoriyası kimi görən şirkət Amerika hərbçilərini və Asiyaya səyahət edən turistlərə xidmət göstərirdi.
1961-1962-ci illərdə DFS Honq Konq və Honolu hava limanlarında ilk rüsumsuz mağazasını açdı.
1968-ci ildə DFS hava limanlarından kənara çıxdı və ilk şəhərdaxili mağazasını Kowloon-da açdı. 1970-ci illərdə DFS San-Fransisko Hava Limanında və Sinqapurun mərkəzində mağazalar açaraq Yapon turist dalğası sayəsində böyüdü.
1982-ci ildə Robert Miller Andy Warhol-a DFS üçün loqo yaratmağı tapşırdı. 1995-ci ildə Quam adasında yeni DFS Galleria şəbəkəsinin ilk univermağı açıldı.
1997-ci ildə Fransız qrupu Moet Hennesy Luis Vuitton DFS-nin ən böyük səhmdarı oldu(2.5 milyard dollar). 2012-ci ildə 200 milyon, 2017-ci ildə təxminən 160, 2019-cu ildə DFS Group mağazalarını 176 milyon səyahətçi ziyarət edib.
“Duty Free”və ofisləri
DFS-in baş ofisi Honq-Konq yerləşsə də şirkətin Avstraliya, Kamboca, Çin, Fransa, İndoneziya, İtaliya, Yaponiya, Makao, Yeni Zelandiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və Vyetnamda da ofisləri var. DFS Qrupun dünyanın 14 ölkəsində fəaliyyət göstərən 5000-dən çox işçisi var.
“Duty Free”dən necə alış-veriş etmək olar?
“Duty free” hava limanlarının beynəlxalq terminallarında yerləşir. Beynəlxalq terminala daxil olduqdan sonra müvafiq işarələrə diqqət yetirərək, hava limanının xəritəsini və ya hava limanının mobil tətbiqini araşdıraraq mağazanın yerini müəyyən edə bilərsiniz.
“Duty free “vergisiz alış-veriş deməkdir. İstənilən yerdə alış-veriş edərkən, xüsusi hallar istisna olmaqla, aldığınız şeylərə görə hökumətə vergi ödəyirsiniz. Rüsumsuz alış-veriş məntəqələrində vergisiz alış-veriş etdiyiniz üçün məhsulları xeyli ucuz qiymətə əldə edəcəksiniz.
“Duty Free” mağazalarından ən çox spirtsiz içkilərin alınması heç kimə sir deyil. Çünki spirtli içkilər və tütün məmulatları ən yüksək vergilərə cəlb olunur. Belə ki, bunları “Duty Free”dən əldə edərək 2-3 dəfə qənaət etmək olar. Eyni zamanda qiymətlər istehsalçı ölkəyə aid mağazalarda bir neçə dəfə aşağı olur. “Duty Free”dən tütün məmulatları alarkən siz onların yüksək keyfiyyətində əmin ola bilərsiniz.
“Duty Free” qaydaları
“Duty Free” mağazalarında alış-veriş etmək istəyənlər müəyyən qaydalara əməl etməlidirlər. Bu qaydalara əməl olunmazsa, onlardan aldıqları məhsullardan imtina etmək tələb oluna bilər. Buna görə də buradan alış-veriş etməyə qərar verərkən diqqət etməli olduğunuz ən vacib şey səfər edəcəyiniz ölkənin icazə verdiyi məhsulları və limitləri nəzərə almaqdır. Hər ölkənin bu məhsullar üçün məhdudiyyətləri var. “Duty Free” mağazalarında alış-verişə başlamazdan əvvəl bir az qiymət araşdırması etməlisiniz ki, bu da öz ölkənizdə tapa bilmədiyiniz məhsulları tapmağınıza kömək edir.
“Duty Free” və Çharlz Feencis
Şirkətin qurucularından olan Çarlz bu ilin oktyabr ayında dünyasını dəyişdi. Həyatı boyu bütün var-dövlətini qlobal xeyriyyəçiliyə həsr etmiş irland əsilli amerikalı iş adamı və xeyriyyəçi 92 yaşında San-Fransiskoda sadə, iki otaqlı mənzilində dünyasını dəyişib.
"Həyatda ikən pul bağışlamaq öldükdən sonra miras qoymaqdan daha əyləncəlidir" deyən Fensis verdiyi müsahibələrin birində deyib ki, "Mən sadəcə belə qənaətə gəldim ki, nə pul, nə yeni yaxtalar nə də başqa heç bir şey artıq məni xoşbəxt etmir".
Onu dünyada "Milyardsız milyarder" adlandırırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!