Bundesbank: İranda uzun müddət davam edən müharibə inflyasiyanı artırır | Banco.az

Bundesbank: İranda uzun müddət davam edən müharibə inflyasiyanı artırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bundesbank: İranda uzun müddət davam edən müharibə inflyasiyanı artırır.

Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankının – Deutsche Bundesbank – 2025-ci il üzrə illik hesabatının təqdimat mərasimində çıxış edən qurumun prezidenti Yoaxim Naqel bildirib ki, Avropa Mərkəzi Bankının İdarəetmə Şurasının əsas prioriteti inflyasiyanı dayanıqlı şəkildə 2 faiz hədəfi səviyyəsində sabitləşdirməkdir.

Naqel xatırladıb ki, bu məqsəd 2026-cı il üçün pul siyasətinin mərkəzi vəzifəsi olaraq qalır. O qeyd edib ki, mövcud faiz dərəcələri hazırda münasib səviyyədədir, lakin mümkün risklərə qarşı hazırlıqlı olduqlarını da vurğulayıb.

Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü olan Naqel əlavə edib: “İnflyasiya göstəricilərində ciddi dəyişiklik baş verərsə, adekvat reaksiya vermək üçün kifayət qədər güclü mövqedəyik.”

Yaxın Şərqdəki hərbi gərginliyin qlobal iqtisadiyyata təsirlərini də dəyərləndirən Bundersbank prezidenti Yoaxim Naqel xəbərdarlıq edib ki, İranda uzunmüddətli müharibənin baş verməsi Avrozonanın iqtisadiyyatına ciddi zərər vura bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram