Almaniya Mərkəzi Bankı (Bundesbank) hesabatında, mütəxəssislərin, Almaniya iqtisadiyyatında ard-arda iki rüb potensial geriləmənin hələ ki, narahatlıq təşkil etməsinə inanmadığı qeyd olunub.
Bundesbank iqtisadiyyata dair sentyabr ayının hesabatını yayıb.
Hesabatda, Almaniya iqtisadiyyatının ixraca əsaslanan sektorlara görə ilin üçüncü rübünə durğun bir başlanğıc etdiyi bildirilib, sənaye istehsalının iyul ayında azalmanı davam etdirdiyi, iyulun tətil zamanı olmasının bu azalmada rol oynadığı ancaq bunun əsas amil olmadığı vurğulanıb.
Hesabatda, bunlar qeyd olunub:
"Mütəxəssislər Almaniya iqtisadiyyatında ard-arda iki rüb potensial azalmanın hələ ki, narahatlıq təşkil etdiyinə inanmır. Azalma (iki rüb ardıcıl tənəzzül) böyük ölçüdə sənaye ilə məhduddur. Belə bir azalmaya, hazırda Almaniya iqtisadiyyatının həddindən artıq isinmə dövründən çıxaraq normala dönməsinin bir hissəsi kimi baxılmalıdır".
Almaniya iqtisadiyyatının xüsusilə qlobal iqtisadi şəraitin səbəb olduğu risklərlə qarşı-qarşıya qaldığına işarə edilən hesabatda, geosiyasi və ya ticarət gərginliklərinin ixracata əsaslanan Almaniya sənayesində azalmanı artırdığı xəbərdarlığı edilib.
Avropanın ən böyük və dünyanın dördüncü iqtisadiyyatı olan Almaniya, ilin ilk rübündə 0,4 faiz ardıqdan ikinci rübdə əvvəlki rübə nisbətən 0,1 faiz azalıb. Üçüncü rübdə də iqtisadiyyatın azalacağı gözlənilir.
Almaniyada iqtisadiyyat ötən il 1,4 faiz artıb. Almaniya hökuməti bu il artımın 0,5% təşkil edəcəyini gözləyir.
Marja