Bugünkü valyuta hərracında 58 mln. dollar cəlb edilib | Banco.az

Bugünkü valyuta hərracında 58 mln. dollar cəlb edilib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 58 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 oktyabr 2020-ci tarixində keçirilib – red.) müqayisədə 2,1% və ya 1,2 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram