Buğdada idxaldan asılılığımız artır | Banco.az

Buğdada idxaldan asılılığımız artır

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 186 milyon 213 min dollar dəyərində 852 min 878 ton buğda idxal edilib. Bu, Azərbaycanın 8 aydakı 9 milyard 383 milyon dollarlıq ixracının 2%-nə bərabərdir.

2018-ci ilin 8 ayında Azərbaycana 145 milyon 789 min dollar dəyərində 653 min 228 ton buğda idxal edilmişdi. Beləliklə, buğda idxalı dəyər ifadəsində 40 milyon 424 min dollar və ya 27,7%, miqdar ifadəsində isə 199 min 650 ton və ya 30,6% artıb.

Ən sərfəli kredit üçün müraciət et

1 ton buğdanın ixracına xərclənən məbləğ 223 dollardan 218 dollara düşüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et