Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın hücumundan sonra buğda və qarğıdalının qiyməti kəskin bahalaşıb.
Banco.az xəbər verir ki, Rusiya pilotsuz təyyarələrinin Dunaydakı Ukrayna limanına və taxıl anbarına zərbə endirməsindən sonra buğda və qarğıdalının qiymətində kəskin artım müşahidə olunub.
Hücumdan sonra Çikaqo Əmtəə Birjasında buğda fyuçerslərinin qiyməti təxminən 5 faiz, qarğıdalı fyuçerslərinin qiyməti isə 3,2 faizə qədər artıb.
Xatırladaq ki, Rusiya daha əvvəl Ukraynanın taxıl ixracının qarşısını almaq üçün Odessa vilayətində və Dunaydakı limanlara da hücum etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!