Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 milyard manatı keçib.
Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir qeyd edib ki, qeyri neft-qaz sektorundan daxilolmalar isə 7,9 milyard manata çatıb:
“Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk” - deyə nazir bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!