"Büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər" – ƏLİ MƏSİMLİ | Banco.az

"Büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər" – ƏLİ MƏSİMLİ

"Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 20%-i həcmindədir. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin bir qismini dövlətin öz üzərinə götürməsi isə bu rəqəmi 30%-ə çatdıracaq".

Fins.az-ın məlumatına görə, bunu deputat Əli Məsimli bu gün Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, büdcənin formalaşmasında neft sektorunun rolu böyükdür. Onun sözlərinə görə, yaxın gələcəkdə neftdən kənar sahə büdcəyə neft qədər vəsait cəlbinə imkan yaratmaya bilər. Lakin islahatları dərinləşdirməklə bu çatışmazlığı aradan qaldırmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Ə.Məsimli əlavə edib ki, struktur islahatları dərinləşdirmək, çevik idarəetmə strukturunu yaratmaqla, idarəetmənin səmərəliliyini artırmaqla korrupsiyanın ardan qaldırılmasına nail olmaqla, büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər.

Onun sözlərinə görə, son 10 ildə Azərbaycan Dövlət Neft Fondundan həm banklar vasitəsilə, həm də büdcəyə transfertlərlə iqtisadiyyata vəsait qoyuluşu 200 mlrd. manatdan çox olub: "Bu, yeni Azərbaycan qurmaq üçün yetərli idi. Amma həmin vəsaitin istehsalla əlaqəsi zəif olduğuna görə, büdcəyə əlavə vəsait daxil olmur"