Büdcəsində 45,3 milyard avro artıqlıq var | Banco.az

Büdcəsində 45,3 milyard avro artıqlıq var

2019-cu ilin birinci yarısında, Almaniyada federal dövlət, əyalətlər və bələdiyyələri əhatə edən büdcəsində artıqlıq (profisit) 45,3 milyard avro təşkil edib

Almaniya Federal Statistika Ofisinin (Destatis) açıqladığı məlumatlara görə, 45,3 milyard avroluq profisit 
cari qiymətlərlə (aktual bazar qiymətləri) Ümumi Daxili Məhsulun (ÜDM)  2,7%-nə bərabərdir.

Büdcə gəlirləri 3,2% artaraq 791,8 milyard avro, xərcləri 4,3% artımla 746,5 milyard avro təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, federal dövlət, əyalətlər və bələdiyyələri əhatə edən büdcənin artığı 45,3 milyard avro təşkil edib.

Büdcə gəlirlərinin 415,4 milyard avrosu vergi gəlirlərindən ibarət olub və bu kateqoriya gəlirlər keçən ilin eyni dövrünə nisbətən 2,8 faiz artmışdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et