Büdcəmizə necə qənaət edə bilərik? | Banco.az

Büdcəmizə necə qənaət edə bilərik?

Müəllif - Aida İsaq, Banco.az

Həyatımızın istənilən dövründə bizə komfort vəd edən şəraitin olmasına çalışırıq. Ancaq unutmaq olmaz ki, yaş ötdükcə insanın əmək qabiliyyəti zəifləyir. Qocalıq dövrünü əziyyətsiz yaşamaq üçün isə gənclik dönəmində qənaət etmək önəmlidir. Bunun üçün kiçik məbləğləri kənara qoymaq ilkin variantlardan biri hesab oluna bilər. Banco.az xəbər verir ki, bu barədə Rusiya hökuməti yanında Maliyyə universitetinin maliyyə savadlılığı institutunun direktor müavini Valeriya Minçiçova fikirlərini bölüşüb.

Onun sözlərinə görə, pula qənaət etməklə bağlı vərdişlərə tədricən alışmaq önəmlidir. Məsələn ilk dəfə üçün pul kassanıza 10 rubl (0.28 azn), ikinci dəfə 20 rubl (0.56 azn) əlavə edin. Məbləği 150 (4.21 azn) rubla qədər artırın. 15 gündən sonra ayın sonuna qədər təqribi 2400 rublun (67.42 azn) yığılması mükündür. Növbəti ayda isə bu məbləği çoxdan aza doğru toplaya bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

V.Minçiçova yığılan pulun banklarda əmanət hesabına köçürülməsinin də faydalı olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram