Büdcədə vacib olmayan xərclər ixtisar edilib | Banco.az

Büdcədə vacib olmayan xərclər ixtisar edilib

“2020-ci ilin dövlət büdcəsinin xərclərində qənaət rejimi tətbiq edilsə də, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri və pandemiyanın diktə etdiyi yeni tələblər iqtisadi-maliyyə davranışının fiskal mühitinin və xüsusiyyətlərinin dəyişməsini labüd edib, 2020-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi ilə bağlı qərar qəbul olunub, prioritet kəsb etməyən xərclər ixtisar edilib”.

Bunu Nazirlər Kabinetinin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bir sıra zəruri sahələrin xərcləri artırılıb: “Həmin xərclərin əhatə olunduğu sahələrdə bilavasitə ölkənin səhiyyə sisteminin artan tələblərinin qarşılanması, pandemiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin azaldılması, əhalinin həssas sosial qruplarda və biznesə iqtisadi dəstək tədbirlərinin maliyyələşdirilməsi, eyni zamanda silahlı qüvvələrimizin müdafiə potensialının gücləndirilməsi və maddi-texniki təminatının daha da yaxşılaşdırılması, müzəffər ordumuzun zəfər yürüşünün maliyyələşdirilməsi tam icra olunub”.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et