Büdcədə ÜDM-nin 6%-i səviyyəsində kəsir gözlənilir | Banco.az

Büdcədə ÜDM-nin 6%-i səviyyəsində kəsir gözlənilir

Büdcədə 4 milyard manatlıq kəsir gözlənilir.

BVF 2015- ci ildə Azərbaycanın nominal ÜDM-nin 1,8% artaraq 66 milyard AZN civarında olacağını proqnozlaşdırır. Beləliklə, ÜDM-in 6%-i səviyyəsində kəsrinin təxminən 4 milyard AZN-ə bərabər olacağını deyə bilərik. Bunu Banco Marja-ya istinadən bildirir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon AZN, dövlət büdcəsinin xərcləri isə 21 milyard 100 milyon AZN proqnozlaşdırılır. Hökumət dövlət büdcəsinin kəsirinin 1 milyard 662 milyon AZN və ÜDM-ə nisbətinin 2,8 faiz təşkil edəcəyini  nəzərdə tutur. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcəkdir.