“Satınalmalarda tam şəffaflıq təmin ediləcək”.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
O deyib ki, bu yaxınlarda Satınalmalar üzrə Elektron Portal fəaliyyətə başlayacaq: “Elektron portal vasitəsilə həyata keçirilən satınalmalarda tam şəffaflıq təmin ediləcək. Eyni zamanda kiçik və orta sahibkarlıqla bağlı qanunvericilikdə dəyişiklik edilib. Belə ki, 3 mln. dollaradək olan satınalmalarda mütləq kiçik və orta biznes subyektlərinin iştirakı təmin edilməlidir”.
report.az