Dünyanın yeni iqtisadi xəritəsi
HowMuch.net tərəfindən tərtib edilmiş xəritə dünya iqtisadiyyatına olduqca fərqli perspektivdən baxmaq imkanı verir.
Xəritə hər bir ölkəni onun nominal Ümum Daxili Məhsulunun həcminə görə əks etdirir, bu ÜDM-də inflyasiyanın təsiri nəzərə alınmır. Xəritədəki, ərazinin böyüklüyü, həmin ölkənin iqtisadiyyatının dünyadakı payını əks etidir. Ərazi nə qədər böyükdürsə, iqtisadiyyat da bir o qədər böyükdür.
Hər bir ərazi üç sektora bölünür – xidmətlər, sənaye və kənd təsərrüfatı- bu isə ölkənin ÜDM-nin formalaşmasında hansı sahənin daha çox paya sahib olmasını əks etdirir.
Nəticələr isə belədir:
17 trilyon dollardan artıq ÜDM ilə, ABŞ demək olar ki, dünya iqtisadiyyatının dörddə birini əhatə edir. Onun çox hissəsi xidmət sektorunun payına düşür – 79,7%, dünyada ortalama göstərici isə 83,6% təşkil edir. Kənd təssərrüfatı və sənaye isə dünya üzrə ortalama göstəriclərdən geri qalır. Müvafiq olaraq, 1,12% və 19,1%, dünya üzrə orta göstəricilər isə 5,9 və 30,5% təşkil edir.
Digər tərəfdən Çin xidmət və sənaye sektoru ilə, nisbətən geri qalan kənd təssərrüfatı sektoru arasında balansı daha çox qorumuş kimi görünür. HowMuch.net qeyd edir ki, bu xidmət sektorunun sənaye və kənd təsərrüfatını çox-çox üstələdiyi digər inkişaf etmiş ölklər üçün xarakterik deyil. HowMuch.net proqnoz edir ki, Çin böyüməyə davam etdikcə xidmət sektoru genişlənəcək, sənaye və kənd təssəürafı isə getdikcə nazikləşəcək.