Azərbaycan Texniki Universitetində (AzTU) əməkhaqları minimum 50 AZN artırılıb. Universitetdən verilən məlumata görə, əməkdaşlardan bəzilərinin maaşı 100 AZN-ə kimi yüksəlib.
Bildiriblər ki, bu qərar işində müvəffəqiyyət qazanan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması qərarı ilə bağlıdır. Ölkənin sosial-iqtisadi siyasətinə uyğun olaraq universitetin Elmi Şurasında qəbul edilən qərar 700-ə yaxın əməkdaşa şamil edilib.
Əməkhaqlarının artırılması ilə bağlı qərarın əhatə etdiyi əməkdaşlar sırasına professor-müəllim heyəti və inzibati işçilər daxil edilməyib. Bu da AzTU-da professor-müəllim heyəti və inzibati işçilərin maaşlarının daha əvvəl yüksəldilməsi ilə əlaqədardır.
©Fins.az