Tamara Mustafayeva, Banco.az
Dünyanın əsas avtomobil istehsalçıları 2030-cu ilə qədər elektrik avtomobilləri və akkumulyatorların istehsalında istifadə olunan xammala təxminən 1,2 trilyon vəsait xərcləməyi planlaşdırır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin "Benchmark Mineral Intelligence" agentliyi və istehsalçıların məlumatlarına görə, avtomobil və akkumulyator istehsalçıları indiyədək görünməmiş səviyyədə elektrik avtomobilləri istehsal etməyi planlaşdırırlar.
Qeyd edək ki, elektrikli nəqliyyat vasitələrinə qoyulan sərmayənin həcmi rəsmi olaraq açıqlanmayıb, lakin xəbərdə qeyd olunan məbləğ daha əvvəl "Reuters" agentliyi tərəfindən dərc edilmiş investisiya proqnozlarına əsasən hesablanıb və bir il əvvəl açıqlanan məbləğdən iki dəfə çoxdur.
Analitiklərin fikrincə, avtomobil istehsalçıları 2030-cu ilə qədər akkumulyatorla işləyən 54 milyon elektromobil istehsal etməyi planlaşdırırlar. Bu rəqəm ümumi avtomobil istehsalının 50 faizindən çoxuna uyğun olacaq.
Elektromobil investisiyalarında ABŞ-ın "Tesla" şirkəti liderdir. CEO İlon Mask 2030-cu ilə qədər 20 milyon elektrik avtomobili istehsal etmək planını açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!