Bu tarixdən sonra "Facebook"un adı dəyişdiriləcək | Banco.az

Bu tarixdən sonra "Facebook"un adı dəyişdiriləcək

Tamara Mustafayeva, Banco.az

Sosial media nəhəngi "Facebook" şirkəti gələn həftə rebrendinq edərək adını dəyişdirəcək.

Banco.az "Verge" portalına istinadla xəbər verir ki, "Facebook" şirkətinin CEO-su Mark Zuckerberg 28 oktyabr tarixində keçiriləcək şirkətin illik iclasında müvafiq dəyişikliklə bağlı çıxış edəcək, ancaq sözügedən xəbərin ictimaiyyətə daha tez açıqlanacağı ehtimal edilir.

Rebrendinq "Facebook"un sosial media tətbiqini ana şirkətin tabeliyində olan digər məhsullardan biri kimi nəzərə alacaq və bununla da, "Instagram", "WhatsApp", "Oculus" və digərlərinə nəzarəti həyata keçirəcək.

Silikon Vadisi şirkətləri üçün qeyri-adi hal hesab edilməyən rebrendinq prosesi "Facebook" şirkəti üçün həmçinin "Metaverse" ("Metakainat") adlanan yeni layihəyə inteqrasiya kimi qiymətləndirilir. Xatırladaq ki, əvvəlki məqalələrimizdən birində şirkətin sözügedən layihənin icrası üçün Avropada 10 min insanı işə götürəcəyini xəbər vermişdik.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Metaverse" layihəsi insanların oyun oynaya, işləyə və bir-biri ilə ünsiyyət qura biləcəyi virtual dünyaya qapı açır. "Metaverse" sözü ingiliscə "meta" (o yana, kənarda) prefiksi və "verse" (kainat sözünün qısaltması) hissəciyindən formalaşaraq internetin gələcək iterasiyasını təsvir etmək məqsədilə işlədilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et