Bu tarixdən sonra Aİ ölkələrində benzin və dizel avtomobilləri satılmayacaq | Banco.az

Bu tarixdən sonra Aİ ölkələrində benzin və dizel avtomobilləri satılmayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) qurumları 2035-ci ildən etibarən benzin və dizel mühərrikli yeni avtomobillərin satışının qadağan edilməsi üzrə razılığa gəliblər.

Banco.az xəbər verir ki, Avropa Şurası Avropa Parlamenti (AP) ilə üzv ölkələr arasında nəqliyyat vasitələrinə yeni karbon emissiya standartları gətirəcək tənzimləmə ilə bağlı danışıqlarda razılıq əldə olunduğunu bəyan edib.

Yeni tənzimləyə görə, 2035-ci ildən etibarən Aİ-yə üzv ölkələrdə satılacaq bütün yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiya tələbinə cavab verməlidir.

Bununla da, qeyd olunan tarixdən etibarən Aİ ölkələrində benzin və dizel də daxil olmaqla, daxili yanma mühərrikli yeni avtomobillərin satışı həyata keçirilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et