Bu tarixdən etibarən təyyarə biletlərinin satışı başlayır | Banco.az

Bu tarixdən etibarən təyyarə biletlərinin satışı başlayır

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Azərbaycanın milli aviadaşıyıcısının, yəni AZAL-ın, turizm agentləri üçün avqustun 1-dən etibarən mövcud istiqamətlər üzrə aviabilet satışı hüquqlarını bərpa etməsini nəzərə alaraq turizm şirkətlərinə müraciət edib.

Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev koronavirus pandemiyası (COVID-19) təhlükəsinin həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində davam etdiyini nəzərə alaraq turizm şirkətlərini gələcək fəaliyyətlərində işçi personalının, eyni zamanda ölkə vətəndaşlarının sağlamlığının qorunmasına xüsusi diqqət yetirməyə və mövcud təlimatlara əməl etməyə çağırıb.

R.Hacıyev koronavirus pandemiyası dövründə AZAL tərəfindən sərnişinlərin sağlamlığının qorunması üçün atılan addımları yüksək qiymətləndirdiyini və analoji tədbirlərin turizm şirkətləri tərəfindən də həyata keçirilməsinin vacib olduğunu bildirib.

Assosiasiya sədri koronavirus pandemiyasına qarşı görülən tədbirlərin davamı olaraq turizm şirkətlərinə ATAA tərəfindən hazırlanan xüsusi metodiki göstərişlərdən ibarət xidmət proseduruna əməl edilməsini və gələcək fəaliyyətlərinin hazırlanan xüsusi video-təlimata uyğun olaraq qurulmasını tövsiyə edib.

R.Hacıyev koronavirus pandemiyasının Azərbaycan ərazisində yayılmasının ilk günlərindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən turizm şirkətlərinin üzləşdiyi çətinlikləri, onların problemlərini daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq Dövlət Turizm Agentliyi və "Azərbaycan Hava Yolları" QSC-nin rəhbər şəxsləri ilə görüşlər keçirildiyini, müzakirələr aparıldığını, bir sıra təkliflər hazırlayaraq təqdim edildiyini və onların bir qisminin öz müsbət həllini tapdığını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

O, ATAA olaraq bundan sonrakı dövrdə də turizm şirkətlərinin sağlam fəaliyyətinə dəstək olunacağını diqqətə çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et