Bu tarixdən etibarən hər 10 avtomobildən 3-ü elektriklə işləyəcək | Banco.az

Bu tarixdən etibarən hər 10 avtomobildən 3-ü elektriklə işləyəcək

Tamara Mustafayeva, Banco.az

Dünya üzrə elektrik avtomobillərinin bazar payının 2025-ci ilədək 29%-ə yüksələcəyi proqnozlaşdırılır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, son dövrlərdə yaşanan maye yanacaq problemləri səbəbindən istehlakçıların elektromobillərə marağı daha da artıb. Bazara çıxarılan yeni modellər və qiymətlərin ucuzlaşması da satışlara müsbət təsir göstərməkdədir.

Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən təqdim edilən məlumatlara görə, 2015-ci ildə 86 fərqli elektromobil modeli mövcud idisə, ötən il bu göstərici 368-ə yüksəlib. Ən çox modelə və ən böyük bazar payına sahib ölkə Çin olarkən, əvvəlki illərə nəzərən model sayında 2 dəfə artım müşahidə edilən Avropa ikinci sıradadır.

Növ müxtəlifliyi, öz növbəsində satışlara da müsbət təsir göstərib. Belə ki, "JATO Dynamics" araşdırma şirkətinin hesabatına görə, bu ilin avqust ayında Avropada satılan elektromobillərin və hibrid avtomobillərinin sayı ilk dəfə dizellə işləyən avtomobillərdən çox olub.

Dünyanın ən böyük avtomobil istehsalçılarının elektromobil və batareya istehsalına investisiya qoyuluşunu artırdığı bir vaxtda "Apple", "Sony", "Xiaomi" və "Foxconn" kimi texnologiya şirkətləri də sözügedən bazardakı rəqabətə daxil olmağa başlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən məqalələrimizdən birində Çinin texnologiya nəhəngi "Xiaomi" şirkətinin ilk elektromobillərinin silsilə istehsalına 2024-cü ilin birinci yarısında başlayacağını xəbər vermişdik.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et