Bu tarixdə Rusiya və BMT arasında taxıl sazişi üzrə görüş keçiriləcək | Banco.az

Bu tarixdə Rusiya və BMT arasında taxıl sazişi üzrə görüş keçiriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Martın 13-də Rusiya və BMT arasında taxıl sazişi üzrə görüş keçiriləcək.

Banco.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirilən həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlama verib.

İyulun 22-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanmış taxıl daşınması müqaviləsinin müddətinin uzadılması məsələsinə toxunan Zaxarova bildirib:

“Martın 13-də Cenevrədə Rusiya nümayəndə heyətinin və BMT-nin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin keçirilməsi planlaşdırılır. Bu görüşdə taxıl sazişi müzakirə olunacaq.”

Ən sərfəli kredit üçün müraciət et

Zaxarova iddia edib ki, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrin daşınmasındakı maneələr aradan qaldırılmayana qədər sazişin uzadılması ehtimalı azdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et