Bu tarixdə rublun devalvasiyası gözlənilir – Ekspert izah etdi | Banco.az

Bu tarixdə rublun devalvasiyası gözlənilir – Ekspert izah etdi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Avqust ayında Rusiya milli valyutasının devalvasiyası gözlənilir”. 

Banco.az xəbər verir ki, bunu iqtisadçı Mixail Delyagin deyib.

O bildirib ki, rublun ucuzlaşması ölkədə daxili maliyyə mühitinin yaxşılaşdırılması üçün çox əlverişli vasitə kimi qəbul edilir:

“Rublun devalvasiyası ilə əlaqədar büdcəni yaxşılaşdırmaq lazımdır. Əks halda bu, Rusiya əhalisinin böyük əksəriyyətinin həyat səviyyəsinin aşağı düşməsi ilə nəticələnir.
Rublun devalvasiyası Rusiya mağazalarının piştaxtalarına düşən xarici məhsulların bahalaşmasına səbəb olur. Sonda sadə vətəndaşlar tanış istehlak malları üçün artıq pul ödəməyə məcbur olurlar”. 

Ekspert qeyd edib ki, 2023-cü ilin avqustunda dolların məzənnəsi 2022-ci ilin martından bəri ilk dəfə olaraq 100 rublu ötmüşdü. O zaman yaşanan kritik vəziyyət bu il də təkrarlana bilər.