Bu tarixdə nazirliyin avtomobilləri endirimlə təkrar hərraca çıxarılacaq | Banco.az

Bu tarixdə nazirliyin avtomobilləri endirimlə təkrar hərraca çıxarılacaq

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 16 dekabr tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Müdafiə Nazirliyinə məxsus nəqliyyat vasitələri də təkrar satışa çıxarılacaq. 

Qeyd edilib ki, nazirliyin hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiyməti 4 min 50 manatdan 8 min 100 manata qədərdir. Nəqliyyat vasitələrinə qoşqular da daxildir.

Nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram