Bu tanınmış şirkətin təsisçisi prezident olmaq istəyir | Banco.az

Bu tanınmış şirkətin təsisçisi prezident olmaq istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Foxconn”un təsisçisi Terri Qou 2024-cü il seçkilərində Tayvan prezidenti olmaq üçün namizədliyini irəli sürüb.

Banco.az xəbər verir ki, “Apple”ın ən böyük tədarükçüsü olan “Foxconn”un yaradıcısı Terri Qou Tayvanın əsas müxalifət partiyası olan Kuomintang-ın 2024-cü il prezidentliyə namizədi olmaq istədiyini açıqlayıb.

Kuomintang ənənəvi olaraq Çinlə daha sıx əlaqələri dəstəkləyib. Lakin 72 yaşlı məşhur milyarder Qou Taybeydə keçirdiyi mətbuat konfransında seçkilərdən əvvəl Çinə səfər etməyi planlaşdırmadığını bildirib.

Xatırladaq ki, Terri Qou 2019-cu ildə də namizədliyini elan etmiş, lakin Kuomintang partiyası tərəfindən seçilməyə müvəffəq olmamışdı.

Bloomberg Milyarderlər İndeksinə görə 7,1 milyard dollar sərvəti olan Terri Qou 2019-cu ildə “Foxconn”un CEO vəzifəsini tərk edərək siyasətə diqqətini yönəldib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram