Bu tanınmış şirkət işçilərinin ofisə qayıdış tarixini AÇIQLADI | Banco.az

Bu tanınmış şirkət işçilərinin ofisə qayıdış tarixini AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın texnologiya nəhəngi "Google" işçilərin ofisə qayıdış tarixini yenidən təxirə salıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin CEO-su Sundar Pichai ofislərə məcburi qayıdış tarixinin 2022-ci ilin yanvar ayına keçirildiyini açıqlayıb. 

Açıqlamaya görə, işçilərin ofisə qayıtması üçün tətbiq edilən könüllülük rejimi 10 yanvara qədər davam edəcək. Daha sonra isə məcburi qayıdış prosesi başlayacaq.

Qeyd edək ki, şirkətin məsafədən iş rejiminin tarixini yenidən uzatmasının əsas səbəbi kimi koronavirusun Delta ştammı ilə yoluxma sayının artması göstərilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et