Tamara Mustafayeva, Banco.az
Yaponiyanın tanınmış elektronika şirkəti Toshiba Corporation İngiltərənin özəl investisiya firması "CVC Capital Partners"in 20 milyard dollarlıq satın alma təklifini rədd edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətdən edilən açıqlamaya görə, "CVC Capital Partners" tərəfindən irəli sürülən təklif kifayət qədər "özünəməxsus" olmadığı üçün qəbul edilməyib.
Qeyd edək ki, CVC yapon şirkətini satın aldıqdan sonra səhmlərini birjadan götürüb özəl firma kimi fəaliyyətini davam etdirməyi planlaşdırırdı.
Onu da xatırladaq ki, Toshiba şirkəti pandemiyanın səbəb olduğu qlobal iqtisadi böhrandan olduqca təsirlənib.
Bizi sosial şəbəkələrdən izləyin!!