Bu tanınmış şəxs bir gündə 800 milyon dollar qazandı | Banco.az

Bu tanınmış şəxs bir gündə 800 milyon dollar qazandı

Tamara Mustafayeva, Banco.az

Tanınmış milyarder Warren Buffett çərşənbə günü "Snowflake" adlı proqramlaşdırma şirkətinin səhmlərinin satışa çıxarılmasının ilk günündə 800 milyon dollardan çox gəlir əldə edib.

Adətən texnologiya şirkətlərinə sərmayə qoymayan Warren Buffett bu şirkətin səhmlərinin satışına qatılması ilə prosesə tələb artıb. Səhmlərin satışa çıxarılmasından sonrakı ilk iş günündə milyarderin "Snowflake" səhmləri 800 milyon dollar dəyər qazanıb.

Qeyd edək ki, milyarderin sahib olduğu Berkshire Hathaway şirkəti bir səhminin qiyməti 120 dollar olmaqla 730 milyon dollarlıq "Snowflake" səhmlərinə sahibdir.

Hazırda proqramlaşdırma sektorunda bu vaxta qədərki ən böyük birja hadisəsi olan "Snowflake" səhmlərinin satışa çıxarılması səhm başına 319 dollar ilə zirvəyə yerləşib. 253,93 dollardan bağlanan səhmlərlə şirkət hazırda 70 milyard dollarlıq bazar dəyərinə sahibdir. The Wall Street nəşrinə görə, bu göstərici şirkətin fevral ayındakı bazar dəyərinin təqribən beş qatına bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Warren Buffett bir ildə bu ölkənin 5 tanınmış şirkətinə yatırım etdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram