Bu sosial media platforması ötən il 3.7 milyard dollar gəlir əldə etdi | Banco.az

Bu sosial media platforması ötən il 3.7 milyard dollar gəlir əldə etdi

Tamara Mustafayeva, Banco.az

Twitter 2020-ci ildə 3.7 milyard dollar dəyərində gəlir əldə edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Twitter ötən ilin dördüncü rübü üzrə balans hesabatını açıqlayıb. Sosial media nəhənginin ötən ilki gəliri 2019-cu ilə nəzərən 7% artmaqla 3.72 milyard dollara yüksəlib. Hesabata görə, şirkətin 2020-ci ilin sonuncu rübü üzrə əldə etdiyi gəlir isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28% artmaqla 1.29 milyard dollara çatıb. 

Qeyd edək ki, Twitter ötən il ümumi olaraq 1.14 milyard dollar itki də yaşayıb. Bununla belə, 2020-ci ilin dördüncü rübündə platformadan gün ərzində aktiv istifadə edənlərin orta hesabla sayı əvvəlki ilin eyni dövrünə nəzərən 27% artaraq 192 milyona yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et