Bu şirkətlər "Twitter"də reklam dərc etməyi dayandırıb | Banco.az

Bu şirkətlər "Twitter"də reklam dərc etməyi dayandırıb

Müəllif - Aida İsaq, Banco.az

Daha dörd şirkət "Twitter"də reklam dərc etməyi müvəqqəti olaraq dayandırıb.

Banco.az xəbər verir ki, onlar arasında əczaçılıq şirkəti "Pfizer Inc", qida istehsalçıları "General Mills Inc", "Mondelez International Inc." və alman avtomobil istehsalçısı "Audi" yer alır. Şirkətlər sosial şəbəkəni amerikalı milyarder Elon Musk satın aldıqdan sonra bu qərara gəliblər.

Şirkətlər sözügedən platformada məzmunlara nəzarətin azalmasından narahatdır. Onlar bunun sosial şəbəkədə yersiz məlumatların həcminin artmasına səbəb olacağından ehtiyat edirlər. Bundan əlavə, "Twitter"dən məşhur rəhbərlərin gedişi də öz təsirini göstərib.

Daha öncə Amerikanın avtomobil nəhəngi "General Motors" "Twitter" sosial şəbəkəsində reklamların dərcini dayandırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et