Bu şirkətlər peyvənddən 20 milyard dollar qazanacaq | Banco.az

Bu şirkətlər peyvənddən 20 milyard dollar qazanacaq

Bloomberg tərəfindən hazırlanan proqnozlara görə, analitiklər Pfizer Inc., Moderna Inc. ve AstraZeneca Plc şirkətlərinin 2021-ci ilin sonunda Covid-19 peyvəndlərindən cəmi 20 milyard dollar gəlir əldə edəcəyini gözləyir.

Pfizer Inc., Moderna Inc. ve AstraZeneca Plc Kovid-19 epidemiyasına qarşı ən təsirli peyvəndləri inkişaf etdirən şirkətlərdir.

Pfizer-in 2021-ci ildə peyvənddən 10,2 milyard dollar gəlir götürəcəyi gözlənilir.

Analitiklər Moderna-nın peyvənddən əldə etdiyi gəlirin 2021-ci ildə 7,4 milyard dollara çatmasını, 2022-də  isə 4,8 milyard dollara düşməsini gözləyir.

İngiltərənin AstraZeneca şirkətinin isə, 2021-ci ildə peyvənddən 2,15 milyard dollar gəlir əldə etməsi təxmin edilir. 

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram