Daha dörd xarici şirkət Azərbaycandakı fəaliyyətini dayandırıb.
"Vergilər" qəzetinin xüsusi buraxlışına istinadən xəbər verilir ki, "Obermeyer Projekt Management GmbH" şirkətinin Azərbaycandakı filialı ləğv edildiyini elan edib.
Bundan başqa, “ALTUS İNTERVENTİON AS” şirkətinin Azərbaycanda filialı ləğv olunub.
“QİNTERRA TECHNOLOGİES AS” şirkətinin filialı da ləğv olunanlar arasındadır.
Fransanın "Schneider Elektrik Sanayi ve Ticaret A. Ş."-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Məlumata görə, hər dörd şirkət üzrə kreditorlar tələblərini qəzetdə göstərilən ünvanlara təqdim edə bilərlər.
Mənbə: Oxu.az