Sığorta şirkətlərinin 2017-ci ilin yanvar-dekabr ayları üzrə topladıqları sığorta haqlarının və sığorta ödənişlərinin həcmi məlum oldu.
Cəmi 556,866,578 manat sığorta haqqı toplayan və 257,109,597 manat sığorta ödənişi edən şirkətlərin əksəriyyətində toplanan sığorta haqları sığorta ödənişlərini üstələyir. Lakin bu fərq nəzərə çarpaçaq dərəcədə çox deyil.
“İPƏK YOLU SIĞORTA” şirkətində isə toplanan sığorta haqları sığorta ödənişlərindən 10 dəfəyə qədər (9,88) çoxdur. Belə ki, şirkətin sözügedən dövrə sığorta ödənişləri 1 788 886 manat, sığorta haqları isə 17 682 489,47 manat təşkil edib.