Bu şirkətin mənfəəti Rusiya bazarını tərk etdikdən sonra azaldı | Banco.az

Bu şirkətin mənfəəti Rusiya bazarını tərk etdikdən sonra azaldı

Müəllif - Aida İsaq, Banco.az

Məşhur İsveç brendi olan “IKEA”nın xalis mənfəəti azalıb. Banco.az xəbər verir ki, şirkətin 2022-ci maliyyə ilinin sonunda xalis mənfəəti Rusiya bazarından çıxması fonunda iki dəfə azalaraq 710 milyon avro təşkil edib.

Ötən maliyyə ilinin sonunda bu rəqəm 1,4 milyard avro təşkil edib. Şirkət mənfəətin azalmasını enerji böhranının güclənməsi və vəziyyətin kəskinləşməsi ilə əlaqədar xammalın alınması və malların daşınması xərclərinin artması ilə izah edib. 

Xalis mənfəətin azalmasına baxmayaraq, pərakəndə satış şirkətinin gəliri 7,7% artaraq 27,58 milyard avroya çatıb. Keçən maliyyə ilinin sonunda isə bu rəqəm 25,615 milyard avro səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et