Bu şirkətin direktoru marketinqin gələcəyini Çində görür | Banco.az

Bu şirkətin direktoru marketinqin gələcəyini Çində görür

Tamara Mustafayeva, Banco.az

Bu yaxınlarda P&G şirkətinin marka direktoru Marc Pritchard The Drum nəşri və Dünya Reklamverənlər Federasiyası (WFA) tərəfindən 2020-ci il üzrə İlin Qlobal Marketoloqu seçilib. Mükafatlandırma mərasimdən sonra Marc Pritchard WFA sədri Raja Rajamannar ilə müsahibəsində marketinqin gələcəyindən bəhs edib.

O, gündəlik istehlak malları üçün Şimali Amerikanın ən böyük bazar olduğunu, ancaq marketinqin inkişafına istiqamət verə biləcək bölgənin Çin olacağını proqnozlaşdıraraq, “Marketinqin gələcəyini görmək üçün Çinə baxın”, deyə vurğulayıb. Artıq bir neçə il əvvəl mövcud olan keçmiş marka yaratma modellərindən uzaqlaşmağın zəruriliyindən və getdikcə rəqəmsal ekosistemə marağın artmasından bəhs edən Pritchard Çinin rəqəmsal texnogiyalar və innovasiya mərkəzi olduğunu söyləyib.

Direktor həmçinin Çinin P&G şirkətinin dünyadakı ikinci ən böyük bazarı və 2014-cü ildən bəri ən böyük e-ticarət bazarı olduğunu dilə gətərək Quançjou Texnoloji İnkişaf Bölgəsində fəaliyyət göstərən Çin Rəqəmsal İnnovasiya Mərkəzinə qarşıdakı üç il ərzində 100 milyon dollar sərmayə qoymağı planlaşdırdıqlarını da elan edib.

Müsahibə zamanı Pritchard həmçinin markaları 5G texnologiyasının potensialını gecikmədən dəyərləndirmələri ilə bağlı da xəbərdarlıq edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram