Bu şirkətdə yüksək maaş alan əməkdaşlar ixtisar olunur | Banco.az

Bu şirkətdə yüksək maaş alan əməkdaşlar ixtisar olunur

Müəllif - Aida İsaq, Banco.az

“Google”nin baş icraçı direktoru Sundar Piçayın qərarı ilə şirkətdə kütləvi ixtisara düşən əməkdaşlar arasında böyük məbləğlərdə maaş alan işçilər də yer alır.

Banco.az xəbər verir ki, işini itirənlərin bir çoxunun iş performansına görə yüksək ballarla qiymətləndirilən və ya ildə 500.000 ilə 1 milyon dollar arasında maaş alan şəxslər olduğu bildirilir. İxtisarların demək olar ki, şirkət daxilində bütün şöbələri və təşkilatları əhatə etdiyi qeyd olunur.

“Google” əməkdaşların işə qəbulunu həyata keçirən mütəxəssislərə şirkətdə üç aydan çox çalışmayan işçilər də daxil olmaqla, potensial ixtisarları nəzərə almağı tövsiyə edib.

Qeyd edək ki, bundan öncə “Google”un rəhbəri Sundar Piçay şirkətin gələcəyini prespektivli formalaşdırmaq səbəbiylə 12 minə yaxın işçini bir anda ixtisar etmək məcburiyyətində qaldığını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et