Bu şirkətdə məzuniyyət günləri sayını işçilər müəyyənləşdirəcək | Banco.az

Bu şirkətdə məzuniyyət günləri sayını işçilər müəyyənləşdirəcək

Müəllif - Aida İsaq, Banco.az

“Microsoft şirkəti” yeni qərarı ilə əməkdaşlarını sevindirib.

Banco.az xəbər verir ki, yanvarın 16-dan etibarən bütün ABŞ işçilərinin məzuniyyət əldə etmək hüququnda dəyişikliklər edilib. Beləliklə, işçilərə il ərzində məzuniyyətlə bağlı hər hansısa zaman məhdudiyyəti tətbiq olunmayacaq. Şirkət bu qərarını artıq iş dünyasının daha çevik standartlara cavab verdiyini və rəhbərliyin bu tendensiyaları izləməyə çalışması ilə izah edib.

Məlumata görə yeni qaydalar ABŞ-da “Microsoft”da çalışan 122.000 işçiyə, o cümlədən köhnə qaydalara əsasən məzuniyyət almaq hüququ əldə etmək üçün müəyyən zaman ərzində işləməli olan yeni əməkdaşlara şamil olunacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram