Bu şirkət yeni məhsullarını video oyun vasitəsilə təqdim edəcək | Banco.az

Bu şirkət yeni məhsullarını video oyun vasitəsilə təqdim edəcək

Tamara Mustafayeva, Banco.az

Bu vaxtadək bir çox markanın yeni məhsullarını və ya məhsul kolleksiyasını təqdim etmək üçün video oyunlara müraciət etməsinə dəfələrlə şahid olmuşuq. Həmin şirkətlərin sırasına indi də "Balenciaga" qoşulmağa hazırlaşır.

İspaniyanın dünyaca məşhur moda şirkəti olan Balenciaga "2021 payız kolleksiyası"-nın təqdimatını video oyun vasitəsilə həyata keçirməyə qərar verib. “Afterworld: The Age of Tomorrow” adlandırılan video oyun 2031-ci ildə xəyali bir dünyanı təsvir edir. Bu video oyun "yeni kolleksiyaya və gələcəyin geyim tərzinə baxış" vəd edir.

Qeyd edək ki, kolleksiyaya daxil olan məhsulları dizayn edən şirkətin kreativ direktoru və moda dizayneri Demna Gvasalia-nın video oyunun içərisində təsvir edilib-edilməyəcəyi hələ ki, bəlli deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et