Bu şirkət tanınmış rəqiblərinin şüarlarını istifadə edəcək | Banco.az

Bu şirkət tanınmış rəqiblərinin şüarlarını istifadə edəcək

Tamara Mustafayeva, Banco.az

Əvvəlki məqalərimizdən birində KFC şirkətinin 60 ildən çoxdur ki, istifadə etdiyi “Finger Lickin’ Good” (Barmaq Yaladan Ləzzət) şüarının pandemiya səbəbilə istifadəsini dayandırdığını xəbər vermişdik. Sözügedən şüarı bir müddətlik istifadə etməyəcəyini elan edən şirkət 25 mart tarixində rəsmi Twitter səhifəsindən açıqlama edərək artıq rəqiblərinin populyarlaşan şüarlarına müraciət edəcəklərini bildirib. #UntilWeCanFingerLickAgain həştəqi ilə sosial media izləyicilərindən tövsiyələr də istənilib.

KFC-nin qəlibləşmiş keçmiş şüarının yerini tuta biləcək heç bir tövsiyə gəlmədiyi üçün hazırda şirkətin Birləşmiş Krallıq və İrlandiya filialları digər markaların mövcud şüarlarına istinad edəcəklərini elan edib və nəticədə qeyri-adi mənzərələr meydana çıxıb.

KFC ilkin olaraq Nike firmasının “Just Do It”, McDonalds` şirkətinin isə “I’m Lovin’ It” şüarlarına müraciət edib. Hətta şirkət Nike firmasının Oxford Street mağazasının yaxınlığına reklam avtomobil yerləşdirməklə daha iddialı bir addım atıb.

Qeyd edək ki, sadəcə əyləncə xarakterli başladılan bu kampaniya hazırda İngiltərədə böyük maraq doğurur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram